Newscenter.az.18.03.2020. İtaliyada son gün ərzində koronavirusdan ölüm hallarının kəskin artımı qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə xidmətinin başçısı Ancello Borelli bildirib.
O, qeyd edib ki, gün ərzində koronavirus qurbanların sayı 475-ə, ümumilikdə isə 2 978-ə qədər artıb. Ölkədə xəstələr kimi həmçinin sağalanların da sayı artıb.
"Bu gün 1 084 insan sağalıb, onların sayı 4 025 nəfərə çatıb", - deyə o, keçirdiyi brifinqdə deyib.
"Bildirməliyəm: biz daha 475 ölüm hadisəsini qeydə aldıq", - Borrelli qeyd edib.
Beləliklə, İtaliyada COVİD-19 qurbanlarının sayı 2 978 nəfərə çatıb. Ən böyük artım Lombardiyada qeydə alınıb - burada 319 nəfər koronavirusun qurbanı olub.
Onun sözlərinə görə, ölənlər və sağalanlar da daxil olmaqla, ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı 35,7 min nəfəri ötüb.