Newscenter.az.19.03.2020. “Gürcüstanda ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin bağlanması qərara alınıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.
Onun sözlərinə görə, bank və poçt şəbəkəsi, yanacaq doldurma məntəqələri adi qaydada fəaliyyət göstərəcək.
G.Qaxaria deyib ki, hazırkı mərhələdə ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur.