Newscenter.az.19.03.2020. Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.
Newscenter.az-a nazirlikdən bildirilib ki, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən “Koronavirusdan necə qorunmalıyıq?”, “Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?” başlıqlı sosial çarxlar hazırlayıb. Bundan başqa, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?”, “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?”, “Yaşlıları koronavirusdan qoruyaq!” və digər movzularda məlumatlandırma xarakterli çarxlar da hazırlanır. KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərindən həmin çaxrları öz internet səhifələrində və sosial şəbəkə səhifələrində yerləşdirmələri xahiş olunur.
Təbliğat və təşviqat materiallarını yükləmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
“Koronavirusdan necə qorunmalıyıq?”
TV-lər və media üçün:
https://www.taxes.gov.az/video/COVID19_Qaydalara_Riayet.mp4
Mobil qurğular üçün:
https://www.taxes.gov.az/video/mobile/COVID19_Qaydalara_Riayet.mp4
“Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?
TV-lər və media üçün:
https://www.taxes.gov.az/video/COVID19_Ticaret_Merkezi.mp4
Mobil qurğular üçün:
https://www.taxes.gov.az/video/mobile/COVID19_Ticaret_Merkezi.mp4
Zaur