Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət edilib



Newscenter.az.19.03.2020. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Novruz bayramı münasibətilə hərbi qulluqçular şəhid ailələrini ziyarət edib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, bayram münasibətilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid ailələrinə baş çəkilib onlara Ordu rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.
Xəbəri paylaş