Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təkcə son bir il ərzində görülən işlərin miqyası hər birimizdə qürur hissi oyadır



Newscenter.az.20.03.2020. Azərbaycan xalqının minilliklərdən gələn əziz bayramlarından biri olan Novruzun gəlişi münasibətilə hər birinizi təbrik edir,uzun ömür, möhkəm can sağlığı,əmin amanlıq,səadət arzulayıram.

Novruz bayramı öz kütləviliyinə, qeyd olunma müddətinə və ədəbi- bədii formatına, folkloruna və özünəməxsus spesifik xüsusiyyətlərinə görə digər bayramlardan əhəmiyyətli dərəcədə seçilir.Soyuq qış aylarından sonra torpağın oyanması,təbiətin canlanması insanların əhval ruhiyyəsinə müsbət təsir edir, yaşamaq, çalışmaq həvəsini artırır. Novruz bayramının özəlliklərindən biri də odur ki, müsəlman təqviminə görə hər il mart ayının 21-ndə il dəyişir və insanlar il ərzində əldə etdikləri nailiyyətləri təhlil edir və bayram təbriklərində bir birilərinə ruzi bərəkət,yeni uğurlar arzulayırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətiə xalqı təbrik edərək son bir il ərzində, siyasi,iqtisadi, sosial və digər sahələrdə əldə olunmuş nailiyyətləri qürur hissi ilə sadaladı. Ölkədə aparılan kadr,struktur,sosial-iqtisadi,parlament və dövlət idarə etmə sistemini əhatə edən islahatların müsbət nəticələr verdiyini, Azərbaycanın dünyada nüfuzunun daha da möhkəmləndiyini konkret faklarla göstərdi. İlk dəfə Azərbaycan siyasi mühitində parlament və komitə rəhbərliklərində müxalifət partiyalarının təmsilçiliyi təmin olundu. Parlamentə düşə bilməyən siyasi partiyalarla müzakirələrin keçirilməsi, dialoq aparılması isə, dövlət idarəetmə sistemində yenilik olmaqla bərabər, vətəndaş həmrəyliyinin bərqərar olmasına, cəmiyyətin bütövləşməsinə xidmət edən amillərdəndir. Həqiqətən də, təkcə son bir il ərzində görülən işlərin miqyası hər birimizdə qürur hissi oyadır. Hesab edirəm ki, hər tərəfli düşünülmüş, xalqın müxtəlif təbəqələrinin maraqlarını özündə əks etdirən belə cəsarətli siyasi eksperimentləri, ancaq və ancaq güclü siyasi iradəyə malik,güclü siyasi lider həyata keçirə bilər.
El arasında belə bir deyim var.” Elnən gələn bayram olar”

Bu ilki, bayramımız ümumbəşəri bir bəla olan COVİD-19 virusu ilə müşahidə olunur. Qısa zaman ərzində virus artıq dünyanın 167 ölkəsini bürümüşdür. Coğrafi baxımdan epidemiyanın mərkəzlərinə yaxın ərazidə yerləşməyimizə baxmayaraq,ilk gündən cənab Prezident və 1-ci vitse Prezident Mehriban xanım Əliyeva, artıq pandemiya halını almış xəstəliyin qarşısının alınması üçün lazım olan bütün tədbirləri həyata keçirirlər. Ölkə rəhbərinin xalqa müraciətində dəfələrlə, hər birimizin yaşlı nəsli qorumağımızı tövsiyə etməsi isə, onun nə qədər milli - mənəvi dəyərlərimizə sadiqliyini, ən yüksək insani keyfiyyətləri özündə əxz etdiyini isbat edir.

Bəşəriyyəti narahat edən, sonunun nə vaxt olacağı məlum olmayan bu bəladan maksimum az ağrılı çıxmağımız üçün, bizim bir xalq olaraq bütövlüyümüz, bir birimizə dayaq olmağımız, qorumağımız vacibdir. Novruz bayramının əsas şərtlərindən biri olan umu-küsünü,inciklikləri unudaraq milli həmrəylik nümayiş etdirməli,soyiqqanlı olmalıyıq.

Əziz həmvətənlər.

Başda Respublikamızın Prezidenti cənab İlham Əliyev olmaqla,bir daha Sizləri təbrik edirəm. Əmin amanlıq, ruzi-bərəkət, xoşbəxt həyat arzulayıram.

Allah Azərbaycanımızı qorusun.

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş