Newscenter.az.20.03.2020. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib.
Partiyadan Newscenter.az-a daxil olan məlumata görə, aksiyaya partiyanın rayon və şəhər təşkilatları, fəal üzvləri qoşulublar. Məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.
Mehman