Newscenter.az.21.03.2020. ABŞ prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo şəhərkənarı iqamətgahı koronavirusun yayılması təhlükəsinə görə qismən bağlanıb.
“Report” xəbər verir ki, bu barədə CNN televiziya şirkəti bildirib.
Teleşirkətin məlumatın görə, Trampın iqamətgahının spa-mərkəzi və idman zalının əsas binası bağlanılıb. Xüsusi plyaj kompleksi işini davam etdirir.
Eyni zamanda teleşirkətin sorğusuna cavab olaraq ABŞ prezidentinin “Trump Organization” şirkətinin nümayəndəsi kompleksin işinin dayandırmasını birbaşa təsdiq etməyib.
"Yerli və federal hakimiyyətin, ştat rəhbərliyinin fərmanları ilə müxtəlif obyektlər müvəqqəti bağlanıb”, - o deyib.
“Biz pandemiyanın qurtaracağını və dünya səviyyəli müəssisələrimizin yenidən açılacağı günü səbirsizliklə gözləyirik", - “Trump Organization” şirkətinin nümayəndəsi əlavə edib.