Newscenter.az.22.03.2020. "Ölkədə koronovirusa qarşı tədbirlərin alınması o, demək deyil ki, bu virus ölkədə yayılıb. Bu qabaqlayıcı tədbirlərdir və təqdirəlayiqdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, bununla virusun Azərbaycanda qarşısı alınır:
"Hər bir vətəndaş diqqətli olmalı və maksimum özünü və ətrafını qorumalıdır. İtaliya, İran və digər Avropa ölkələrində virus böhran vəziyyətinə gəldikdən sonra tədbirlər aldılar. Ona görə də indiki tədbirlərin vaxtinda alınması xalqımızın və dövlətimizin təhlükəsizliyi üçündür".
Partiya rəsmisi bildirib ki, əhalinin sosial müdafiəsi istiqamətində tədbirlər planlı olmalıdır:
"Bununla bağlı irəli gələn bütün zəruri addımların atılması mütləqdir".
Mehman