'
Newscenter.az.27.03.2020. “Koronovirus pandemiyasına qarşı mübarizədə vətəndaşlarımızın sosial təminatında ciddi işlər görülməlidir. Evdə qalmaqla vətəndaşlar internet və kommunal xərclərdən bir aylıq azad olunmalıdır”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, əhaliyə tibbi xidmətin göstərilməsi üçün ailə həkimi yaradılmalı və tez bir zamanda tibbi sığorta tətbiq edilməlidir.
Partiya rəsmisi təssüf hissi ilə qeyd edib ki, vətəndaşlarımızın çoxu pandemiyaya qarşı qeyri-ciddi yanaşır. Məhəmməd Əsədullazadə onu da deyib ki, syrılan 1 milyard manat və fonda yığılan pullarla bağlı hesabatlılıq olmalıdır".
"Evdə qal kampaniyası və karantinin tətbiq edilməsi xəstəliyin yayılmasının qarşısını alır. Bu addımlar vaxtında atıldı və təqdirəlayiqdir. Ölkə başçısı İlham Əliyev virusla bağlı vətəndaşlarımızın sağlamlığı və sosial təminatlarla bağlı açıqlamalar verdi. Göründüyü kimi prezident səviyyəsində bu məsələ nəzarətdədir. Amma məmurlar və cavabdeh qurumlar bəzi hallarda manipulyasiya etməklə məşğuldur. Əhalinin üzərinədə çox getmək olmaz. İlk öncə vətəndaşların sosial təminatını həll etmək, sonra onlardan nəsə tələb etmək lazımdır".
AXCP rəsmisi onu da vurğulayıb ki, televiziyalarda maarifləndirici verlişlərlə rayon və kəndlərimizdə olan əhali bu məsələdə ciddi olmağa çağrılmalıdır:
"Qeyd edim ki, millət vəkili Razi Nurullayev bununla bağlı daha geniş təkliflər irəli sürüb. Təkliflərin reallaşması üçün cavabdeh qurumlar işlər görməlidir".
Mehman