Newscenter.az.22.03.2020. Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında 5,3 maqnituda gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 05.24 (Bakı vaxtı ilə - 09:24) radələrində baş verən zəlzələnin ocağı Zaqrebdən 7 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində bir nəfər həyatını itirib. Zaqreb şəhərində dağılmış binanın dağıntıları altından bir uşağın meyiti aşkarlanıb.