Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidenti: "Bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır"



Newscenter.az.24.03.2020
. "Hesab edirəm ki, bu günə qədər görülmüş bütün işlər vaxtında və düzgün istiqamətdə atılmış addımlardır. Dövlət əlindən gələni edir və edəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlərdən danışarkən səsləndirib. Dövlət başçısı bildirib ki, bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır:

"Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcəkdir".
Xəbəri paylaş