Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DANX-ın rəhbər heyəti 1 aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb



Newscenter.az.24.03.2020. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

Bu barədə məlumat Newscenter.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən daxil olub.

Bildirilib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbər heyəti 1 aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb.

Anar
Xəbəri paylaş