Newscenter.az.24.03.2020. Gənclər və İdman Nazirliyi bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir.
Bu barədə Newscenter.az-a Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq ölkə başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşların əmək haqlarının bir hissəsini, 30 min manat məbləğində vəsaiti köçürüb.