Newscenter.az.25.03.2020. Rusiyanın Kamçatka yarımadasında 7,6 bal gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialına istinadən məlumat yayıb.
“Zəlzələnin episentri Petropavlovsk - Kamçatkadan 500 kilometr uzaqlıqda yerləşib. Yeraltı təkanlar Kamçatkanın dörd rayonunda 5 bal gücündə hiss edilib”.
Zəlzələ ilə bağlı sunami təhlükəsi elan edilib. Sunami təhlükəsi səbəbindən Şimali-Kurilskdən 400 nəfər təxliyə edilib.