Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda zəlzələ oldu, Azərbaycan ərazisində də hiss edildi



Newscenter.az.27.03.2020. İranda qeydə alınan zəlzələ Azərbaycanda hiss olunub.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən martın 26-da, yerli vaxtla saat 22:41-də İran ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,3, dərinliyi 5 km olan zəlzələ Naxçıvan şəhərinin episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.
Xəbəri paylaş