Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı metrosunda yeni iş vaxtının tətbiqinə hazırlıq işləri həyata keçirilib



Newscenter.az.28.03.2020. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın “Koronavirusla bağlı əlavə tədbirlər haqqında” 2020-ci il martın 27-də yaydığı məlumatda Bakı metropoliteninin yeni iş rejiminin müəyyən edildiyi də bildirilir.
Məlumatda qeyd olunub ki, 2020-ci il mart ayının 29-dan Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.

Newscenter.az Səhmdar Camiyyətə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, "Bakı Metropoliteni" QSC-nin müvafiq strukturlarının fəaliyyət planı hazırlanıb və yeni iş vaxtının tətbiqinə hazırlıq işləri həyata keçirilib.

"Bakı Metropoliteni" QSC sərnişinlərini martın 23-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qəbul etdiyi qərara əməl olunmasına, həmçinin Nazirlər Kabinetinin metrodan istifadənin minimuma endirilməsi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük verilməsi barədə tövsiyələrinə ciddi riayət edilməsinə, hər bir vətəndaşımız naminə evdə qalmağa, özünütəcrid pinsiplərinə əməl olunmasına bir daha dəvət edir.

Anar
Xəbəri paylaş