Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllı rayonunda koronavirusla mübarizə tədbirləri gücləndirilib



Newscenter.az.28.03.2020. Məlum olduğu kimi, son zamanlar bəşəriyyəti qorxuya salan və bir çox ölkələrdə kütləvi şəkildə yayılaraq minlərlə insanın həyatına son qoymuş koronavirus (COVİD-19), bizim ölkəmizdə də ciddi qabaqlayıcı tədbirlərin görülməsini vacib edib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən gündəlik tədbirlərin görülməsi barədə aidiyyəti üzrə tapşırıqların verilməsi, məsələnin çox ciddi olmasını bir daha təsdiq edir.

Qərargahda Respublika ərazisində karantin rejiminin tətbiq edilmədi ilə əlaqədar olaraq ticarət mərkəzlərinin, iaşə obyetlərini fəaliyyətinin dayandırılması, yaşı 65-dən yuxarı olan vətəndaşların küçəyə çıxmasına qadağa qoyulması, sərnişindaşımanın məhdudlaşdırılması, yalnız zərurət yarandığı halda küçəyə çıxarkən, müvafiq təlimatın tələblərinə əsasən qoruyucu vasitələrdən istifadə edilməsi barədə qərarların qəbul edilməsi, vətəndaşlarımızın sağlamlığının qorunmasına yönəldilmiş tədbirlərdəndir. Dövlətimiz tərəfindən görülən tədbirlərin effektli olması üçün vətəndaşlarımızdan da müəyyən edilmiş bu qaydalara riayət etmələri tələb olunur.

Newscenter.az xəbər verir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə, İsmayıllı rayon İcra Hakimiyyəti yanında yaradılmış Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq, artıq bir neçə gündür ki, ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi dərman pereparatları vasitəsi ilə bütün yaşayış məntəqələri ərazilərində olan inzibati binaların, ticarət obyektlərinin, küçə və meydanların dezinfeksiya edilməsi davam etdirilir. Şəhərin əsas küçələri və həmin küçələrdə yerləşən ticarət obyektləri, ərzaq maqazaları, apteklər tam dezinfeksiya olunmuşdur.

Eyni zamanda, infeksiyaya yoluxma riskinin minimuma endirilməsi məqsədi ilə təlimatlar sakinlərə izah olunur. Küçə və meydanlara maarifləndirici elanlar vurulur. Yaşayış evlərində sakinlərə maarifləndirici broşurlar paylanır. Sosial şəbəkələr vasitəsi ilə təlimatların və bu məqsədlə hazırlanmış videoçarxların vətəndaşlara çatdırılması təmin edilir. Tələbata uyğun olaraq rayonda fəaliyyət göstərən əczaxanalarda qoruyucu vasitələrin (maska, əlcək, tibbi spirt və s.) olmasına nəzarət edilir.

28 mart tarixdən etibarən İsmayıllı rayonunun bütün yaşayış məntəqələrində orerativ mobil qruplar yaradılmış və həmin qruplar zərurət olmadığı halda vətəndaşların küçəyə çıxmamasına və küçəyə çıxarkən karantin qaydalarına riayət etmələrinə ciddi nəzarət edirlər. Yaşayış məntəqələrində insanların küçələrə çıxması məhdudlaşdırılmışdır. Tədbirlər davam etdiriləcəkdir.
Xəbəri paylaş