Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Karantin qaydalarına əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur-FOTOLAR-VIDEO



Newscenter.az.28.03.2020. Polis paytaxtda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.

Newscenter.az-a Bakı Şəhəri Baş Polis İdarəsindən verilən xəbərə görə, koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 29 mart saat 00:00-dan etibarən əhalinin hərəkəti üzrə bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

Şəhər sakinləri xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırılır. Qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur.

Polis xəbərdarlıqları davam etdirir.

Gepostet von Bakı Şəhər Baş Polis İdarəsi am Samstag, 28. März 2020
Xəbəri paylaş