Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayevanın “Deputat Qərargahında” İşçi qrupu yaradılıb



Newscenter.az.28.03.2020. "Dünya ölkələri yeni bir çağırışla üz-üzə, insanlar isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısındadır. Yeni növ koranavirus-COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Könül Nurullayeva səsləndirib. O, qeyd edib ki, dünyanı bürüyən pandemiya həm də yer kürəsinin insanlarını, o cümlədən bizim hamımızı birləşdirən dəyərləri sınağa çəkir:

"ÜST-ün qərar və tövsiyyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə epidemioloji, tibbi profilaktik və müalicə tədbirlərin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində dövlətimiz tərəfindən əhəmiyyətli işlər görülür".

Millət vəkili deyib ki, koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ərazidə yaşayan insanları narahat edən məsələləri operativ şəkildə həll edilməsinə köməklik göstərmək üçün Millət Vəkili seçildiyim Bakı şəhəri Nizami rayonunda olan “Deputat Qərargahında” İşçi qrupu yaradılıb:

"Nizami rayonunda yaşayan aktiv vətəndaşlardan xahiş edirəm, bizim təşəbbüsə qoşularaq xüsusi ilə ətrafımızda, qonşuluqda yaşayan tənha, kimsəsiz və qayğıya ehtiyacı olan insanlar haqqında işçi qrupuna məlumat versinlər.
Bu təşəbbüsdə könüllü olaraq iştirak etmək istəyi olanlar və suallarla üzləşən vətəndaşlar bizimlə əlaqə saxlasınlar.

Aktiv telefonlar
Şəhər nömrəsi 012-422-22-41
Mobil nömrə: 055-276-23-75"
Xəbəri paylaş