Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nyu-Yorkda bir gündə 3 500-dən çox insan koronavirusa yoluxdu



Newscenter.az.28.03.2020
. ABŞ-ın Nyu-York şəhərində son sutka ərzində koronavirusa yoluxanların sayı 3 585 nəfər təşkil edib, 85 nəfər isə virusdan ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü meqapolisin meri Bill de Blazionun saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilib ki, hazırda şəhərdə yoluxma hallarının sayı 26 697-yə çatıb və 450 ölüm hadisəsi qeydə alınıb.

Federal və yerli hökumət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, virusa yoluxma üzrə dünyada birinci yeri tutan ABŞ-da 104 mindən çox yeni növ koronavirusa yoluxma hadisəsi qeydə alınıb. 1 693 nəfər ölüb, 870 yoluxmuş insan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfərə yaxındır, 27 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş