Newscenter.az.28.03.2020. Rusiyada koronavirusun müalicəsi üçün dərman təqdim edilib.
Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Biomedical Agentiyi (FMBA) məlumat yayıb.
Bildirilib ki, “Mefloxin” adlandırılan preparat koronavirusa yoluxmanların müalicəsi üçün effektiv vasitədir.
Məhlul Çin və Fransada koronavirus infeksiyasının müalicəsi təcrübəsi əsasında hazırlanıb.
FMBA rəhbəri Veronika Skvortsova bildirib ki, “Mefloxin” koronavirus hüceyrəsinin sitopatik təsirinə maneə törədə bilər və virusun səbəb olduğu iltihab reaksiyasının aktivləşməsinin qarşısını ala bilər:
“Yeni dərman müxtəlif dərəcəli koronavirus infeksiyası olan xəstələr üçün effektiv müalicəni təmin edəcək”.