Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkiyə giriş-çıxış məhdudlaşdırılıb



Newscenter.az.28.03.2020
. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Newscenter.az-a verilən məlumata görə, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Şəki rayonunda da davam etdirilir.

Xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı rayonda giriş çıxış məhdudlaşdırılıb. Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən rayon girişlərində xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla digər nəqliyyat vasitələrinin sürücüləri, sərnişinlər, həmçinin piyadalar yoxlanılır. Qeydiyyatda olduqları ünvan müəyyən olunduqdan sonra onlara rayona giriş-çıxışın mümkün olub-olmadığı bildirilir.

Həmçinin rayon ərazisində, küçə və prospektlərdə dezinfeksiya işləri həyata keçirilir, rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq yaşı 65-dən yuxarı olan şəxslərlə maarifləndirici söhbətlər aparır və onların evdə qalmalarının həm özləri, həm də digər şəxslərin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

Mehman
Xəbəri paylaş