Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“ASAN xidmət”, “ASAN Kommunal” mərkəzləri fəaliyyətini xüsusi iş rejimində davam etdirir



Newscenter.az.29.03.2020. Ölkədə xüsusi karantin rejimi başlayıb və “ASAN xidmət”, “ASAN Kommunal” mərkəzləri də fəaliyyətini xüsusi iş rejimində davam etdirir.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlarımız mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilirlər.

Bu dövr ərzində sənəd qəbulu ilə bağlı müraciətlər isə yalnız 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul edilir və sorğu edilən xidmətin ZƏRURİ olması müəyyən edildikdə, vətəndaş aidiyyəti “#ASANxidmət” mərkəzinə yönləndirilir.

Ayan
Xəbəri paylaş