Newscenter.az.29.03.2020. Avtobusların salonunda sərnişinlərin ara məsafəsini qorumasını təmin etmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişləri dayanacaqlarda qadağanın icrasına nəzarət edir. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Newscenter.az-a bildirib ki, qaydaya əməl etməyən sürücülərə ilkin şəkildə yerində xəbərdarlıq edilir.
Xidmət rəsmisi həmçinin onu da qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Anar