Newscenter.az.29.03,2020.Dünyada koronavirusa yoluxanların sayı bir gün ərzində 63 min nəfər artıb, 3 464 nəfər virusun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında bildirilib.
Məlumata görə, koronavirusa yoluxanların sayı 634 835 nəfərə çatıb. Qeyd edilir ki, xəstəlik 29 957 nəfərin həyatına son qoyub.
Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.
Hazırda COVID-19 infeksiyasına ən çox yoluxma və ölüm halları Avropada qeydə alınıb. Belə ki, köhnə qitədə 361 031 insan virus daşıyıcısıdır, 21 493 insan pandemiyanın qurbanı olub. Son 24 saat ərzində bu regionda 36 688 nəfər virusa yoluxub, 2 753 nəfər isə ölüb.
Ölkələr üzrə COVID-19 infeksiyasına ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 103 mindən çox insan virus daşıyıcısıdır. Daha sonra İtaliya (92 472), Çin (82 356), İspaniya (72 248) və Almaniya (52 547) qərarlaşıb.