Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə zəlzələ oldu



Newscenter.az.29.03.2020. Türkiyənin Manisa şəhərində 4,1 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi açıqlayıb.

Məlumata görə, yeraltı təkanlar bu gün Bakı vaxtı ilə saat 08:56-da Manisanın Akhisar rayonunda qeydə alınıb.

Zəlzələnin episentri 7,04 km dərinlikdə yerləşib.

Ölən və xəsarət alanların olub-olmaması, həmçinin dağıntı barədə hələlik məlumat verilməyib.
Xəbəri paylaş