Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları www.asanmektub.az saytına yerləşdirilir



Newscenter.az.30.03.2020. “ASAN Məktub” layihəsi çərçivəsində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları ASAN könüllüləri tərəfindən toplanaraq www.asanmektub.az saytına yerləşdirilir.

Newscenter.az "ASAN Xidmət" ə istinadən xəbər verir ki, eyni zamanda 108(5) "Çağrı" mərkəzi vasitəsi ilə də müraciətlər qeydə alınır.

Yardım etmək istəyənlər sayta daxil olmaqla seçdikləri məktublar üzrə qeyd olunanları alaraq könüllülərə təhvil verirlər. Alınmış ehtiyaclar isə ASAN könüllüləri tərəfindən müraciət sahiblərinə çatdırılır.

Ayan
Xəbəri paylaş