Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Konqres Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 AZN məbləğində ianə ayırdı



Newscenter.az.30.03.2020
. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Bakı Konqres Mərkəzi də cənab Prezidentin çağırışını qəbul edərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 AZN dəyərində ianə ayırıb. Bu barədə məlumat Newscenter.az-a Bakı Konqres Mərkəzindən daxil olub.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Mart və Aprel aylarında nəzərdə tutulan tədbirlər artıq təxirə salınıb. İnanırıq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət edərək bu çətinliyin öhdəsindən gələcəyik.
Xəbəri paylaş