Newscenter.az.30.03.2020. Xüsusi rejim dövründə fərdi tədris və repetitor xidmətləri dayandırılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Bildirilir ki, o cümlədən bu sahədə evlərdə xidmət qadağan olunur.
Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.