Newscenter.az.31.03.2020. Hazırda koronavirus daşıyıcılarının rəsmi sayına görə dünyada birinci olan ABŞ-da həkimlər xəstəxanaların birində diz çökərək ağlayıblar.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya qarşısında çarəsiz qalan tibb işçiləri səhiyyə ocağının koridoruna çıxaraq Allaha dua ediblər.
“Hazırda səndən başqa heç kimimiz yoxdur. Fəryadımızı duy və dünyaya toxun. Dərsimizi almışıq”, - həkimlər tanrıya belə yalvarıblar.
Qeyd edək ki, ABŞ-da indiyədək 164 000-dən çox insana koronavirus diaqnozu qoyulub. Ölkədə virusdan ölənlərin sayı isə 3 000-i ötüb.