Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA sürücü axtarır

BNA sürücü axtarır


Newscenter.az.31.03.2020. Bakı Nəqliyyat Agentliyi "BakuBus" MMC-də sürücü vəzifəsinə işə qəbulu elan edir. Newscenter.az-a BNA-dan bildirilib ki, “D” və “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan) sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.

Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.


Ø Əmək müqaviləsi əsasında işə qəbul



Ø 2 növbəli, 8 saatlıq iş rejimi



Ø Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat (sürücülər 800 manat, xətt dispetçerləri 815 manat)



Ø Gələcək pensiya təminatı



Ø Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə)



Ø İl ərzində əmək məzuniyyətindən istifadə olunması



Ø Sanatoriyalara göndərişlərin verilməsi



Ø Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat



Ø Xüsusi geyim forması ilə təminat



Qeyd edək ki, “BakuBus” MMC-də çalışan sürücü və xətt dispetçerləri qanunvericiliklə müəyyən olunan bütün hüquq və imtiyazlardan yararlanırlar.

Anar
Xəbəri paylaş