Newscenter.az.31.03.2020. Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sənədli film hazırlayıb.
Filmdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qəddarlıq və vəhşiliklərdən bəhs olunur.
Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin istehsalı olan ekran işində hələ 1905-07-ci illərdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı qanlı aksiyalar həyata keçirdikləri diqqətə çatdırılır.
Filmdə erməni quldurlarının azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqələrini dağıtdığına dair görüntülər də yer alıb.
Ekran işində tarixi kadrlardan istifadə olunub. Eləcə də mütəxəssislərin ermənilərin törətdiyi vəhşiliklərin faktları barədə fikirlər alınıb.
Film Quba Soyqırımı Memorial Kompleksində lentə alınıb.