Newscenter.az.31.03.2020. "Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi sosial və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək. Eyni zamanda həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bildirib.
"Bizim əsas məqsədimiz ilk növbədə vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Və əlbəttə ki, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi ilk növbədə vətəndaşların sağlamlığını nəzərə alır. Bütün qalan məsələlər ikinci dərəcə məsələlərdir. O cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. Və insanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd bir də demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır. Buna biz ilk növbədə nail olmalıyıq. Və bir də demək istəyirəm ki, burada əsas faktor vətəndaşların məsuliyyətidir", - dövlət başçısl deyib: