Newscenter.az.31.03.2020. Türkiyədə daha 46 nəfər pandemiyanın qurbanı olub.
"Report" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 214-ə çatıb.
Nazir həmçinin infeksiyaya yoluxanların sayının 13 531 nəfərə yüksəldiyini, 243 nəfərin isə koronavirusdan sağaldığını vurğulayıb.