Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kredit və kommunal xərclərlə bağlı güzəştlərin edilməsi əhalinin müəyyən kəsiminin vəziyyətinə müsbət təsir edəcək



Newscenter.az.2.04.2020. “Koronovirusla bağlı sosial paketin qəbul olunması təqidrəlayiqdir. Kredit və kommunal xərclərlə bağlı güzəştlərin edilməsi əhalinin müəyyən kəsiminin vəziyyətinə müsbət təsir edəcək”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, sahibkaralara və digər sahələrə ayrılan vəsaitdən sahibakarlıq subyektlərinin səmərəli istifadəsinə nəzarət edilməlidir:

“Ölkəyə idxal edilən ərzaq məhsulları ƏDV tam azad edilməlidir. Dövlət başçısı İlham Əliyev post-neft dövrünə keçidi qeyd etdi. Prezidentin bu çıxşı çox ciddi məsələdir və islahatların labüdlüyünü özündə ehtiva edir”.

Partiya rəsmisi hesab edir ki, liberal və rəqabətli iqtisadiyyata keçilməli və əhalinin sosial vəziyyətinin bu çətin dönəmdən sonra da yaxşılaşdırılması üçün ciddi güzəştlərin edilməsi mütləqdir:

“Koronovirus bütün dünyada siyasi və iqtisadi dəyişikiliyə gətirir. Azərbaycan da bundan yan keçməyəcək və ölkənin güclənməsi üçün səmərəli addımların atılması, xalq və dövlət birliyi qorunmalıdır. Bu pandemiya göstərdi ki, sosial dövlət modeli reallığa söykənməkidir və dövlətin də məhz missiyası öz vətəndaşının rifahını yaxşılaşdırmaqdır”.


Mehman
Xəbəri paylaş