Newscenter.az.7.04.2020. ABŞ-ın Nyu-York şəhərində son sutkada daha 731 nəfər pandemiyanın qurbanı olub.
"Report" "Aksam"a istinadən xəbər verir ki, bu barədə Nyu-York şəhərinin qubernatoru Endryu Kumo (Andrew Cuomo) məlumat verib.
Onun sözlərinə görə, bununla da ştatda koronavirusdan ölənlərin sayı 5 479 nəfərə çatıb: "Bu, ştatda bir gündə ən çox ölümün qeydə alındığı rəqəmdir".
Qubernator həmçinin Nyu-Yorkda infeksiya daşıyıcılarının sayının 138 836 nəfərə yüksəldiyini də bildirib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 380 000-i ötüb. Bunların 297 583 nəfəri sağalıb, 79 068 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.