Newscenter.az.7.04.2020. Göyçay, Ağdaş və Ağsu rayonlarında karantin rejimini kobud şəkildə pozan vətəndaşlar cərimə olunublar.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, gün ərzindən Göyçayda 24, Ağdaşda 6, Ağsuda isə 16 nəfər barəsində karantin rejimi qaydalarını pozduqlarına görə rayon polis şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunub.
Ümumilikdə hər üç rayonda İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən karantin rejimini pozduqlarında görə 46 şəxs 100 və 200 manat məbləğində cərimələnib.
Hazırda polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.