Newscenter.az.8.04.2020. Son 7 gün ərzində xüsusi karantin rejiminin pozulmasına görə 8 514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsinədən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8 514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.