Newscenter.az.12.04.2020. Azərbaycanda koronavirus infeksiyasına yoluxan 250 nəfər müalicə olunaraq sağalıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Məlumatda bildirilib ki, virusa yoluxanlardan 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.