Newscenter.az.26.04.2020. Niderlandın su samurlarının yetişdirilməsi üzrə iki fermasında koronavirus aşkarlanıb.
Bu barədə “DutchNews.nl” xəbər verib.
Nəşrin məlumatına görə, heyvanların həzmində və nəfəs almalarında problemlər müşahidə edilir. Su samurlarının fermanın işçilərindən koronavirusa yoluxmaları ehtimal edilir.
Virusun yayılmasının qarşısını almaq üçün, fermadan heyvanları və peyini çıxarmaq qadağan edilib. Müəssisələrdə təxminən 20 min su samuru var.
Son məlumata görə, Niderlandda koronavirusa təxminən 38 min insan yoluxub, 4 mindən çox insan virusun qurbanı olub.
Xatırladaq ki, daha əvvəl Çin baytarları da Uhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirusa yoluxma aşkarlayıblar.
Mütəxəssislər koronavirus epidemiyasından əvvəl 39 pişikdən, pandemiyadan sonra isə sonra 102 pişikdən götürülmüş qan nümunələrini testdən keçiriblər. Məlum olub ki, virusun yayılmasına qədər heyvanlar COVID-19 infeksiyasına yoluxmayıblar, ancaq pandemiyadan sonra 102 pişikdən 15-i təhlükəli virusa yoluxub.
Eyni zamanda Belçikada da SARS-CoV-2 koronavirusunun insandan pişiyə ötürülməsi ilə bağlı ilk hal qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Anar Tağıyev