Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayevadan qayğıya ehtiyacı olan uşaqlara dəstək-FOTOLAR

Millət vəkili Könül Nurullayevadan qayğıya ehtiyacı olan uşaqlara dəstək-FOTOLAR


Newscenter.az.1.06.2020. 1 iyun Uşaqların beynəlxalq Müdafiəsi günüdür. Cəmiyyətin ən həssas, ən məsum üzvü olan uşaqların hər zaman müdafiəyə, daim qayğıya ehtiyacı var. Bunu nəzərə alaraq, Milli Məclisin deputatı, Parlamentin Ailə, qadın, uşaq məsələləri komitəsinin, eyni zamanda AŞPA-da Uşaqlar üzrə alt komitənin üzvü Könül Nurullayeva 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə Nizami rayonunda yerləşən 1 saylı uşaq evində olub.

Newscenter.az xəbər verir ki, görüş pandemiya səbəbindən ölkəmizdə tətbiq olunan karantin qaydaları çərçivəsində baş tutub. Millət vəkili burada məskunlaşan azyaşlıların sosial durumu, onların sağlamlığı, təlim-tərbiyəsi və təhsili ilə maraqlanıb. Körpələr evinin direktoru Nərminə Zöhrabova uşaqlara göstərdiyi diqqətə görə millət vəkilinə təşəkkürünü bildirib. Belə bir nümunəvi şəhərciyi onlara birinci vitse-prezident Mehriban xanım Əliyevanın bəxş etdiyini vurğulayan N.Zöhrabova burada uşaqların təlim-tərbiyəsi, təhsili və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, onların gündəlik qayğıları, təlim-tərbiyələri, təhsilləri, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar.

K.Nurullayeva isə öz növbəsində qeyd edib ki, dövlətin, eləcə də Heydər Əliyev Fondu və şəxsən birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda uşaq hüquqları tam şəkildə qorunur. Ölkəmiz uşaqların müdafiəsini nəzərdə tutan əsas beynəlxalq konvensiyalara qoşulmaqla, eyni zamanda qanunvericilik bazasını təkmilləşdirərək milli fəaliyyət planı tətbiq etməklə nümunəvi ailə, qadın, uşaq siyasəti həyata keçirir. Bu siyasətin əsas prioritetlərindən biri uşaqların təhlükəsiz, sağlam və etibarlı gələcəyini təmin etməkdir. Azərbaycanın hazırda dünyanı narahat edən təhlükələrdən biri - uşaqlara qarşı zorakılıqla bağlı uzun illərdir Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran millət vəkili qeyd edib ki, deputat həmkarları ilə birlikdə AŞPA-da Uşaqlar üzrə alt komitənin üzvü kimi mütəmadi olaraq ölkəmizin uğurlu təcrübəsini dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Daha sonra azyaşlılarla səmimi söhbət edən millət vəkili uşaqların bizim gələcəyimiz olduğunu, onların layiqli vətəndaş kimi formalaşmaları üçün ilk növbədə yaxşı təhsil almalarının vacibliyini qeyd edib. Vurğulayıb ki, dövlət ən yüksək səviyyədə uşaqların müdafiəsini təmin edir, onların istər fiziki, istərsə də mənəvi baxımdan sağlam yetişmələri üçün ardıcıl tədbirlər həyata keçirir. Uşaqlar isə yaradılan bu imkandan səmərəli istifadə etməli, vətənimizə layiqli övlad olmağa çalışmalıdırlar. Daha sonra azyaşlılara hədiyyələr paylanılıb.

K.Nurullayeva həmçinin Nizami rayonunda yerləşən Sağlamlıq İmkanları məhdud olan uşaqlar üçün 3 nomrəli Respublika İnternat məktəbi, 3 nomrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, eləcə də 3 nömrəli orta məktəbin rəhbərliyi ilə telefon əlaqəsi saxlayıb. Qeyd edək ki, adıçəkilən müəssisələrdə pandemiya səbəbindən uşaqlarla canlı görüş təşkil etmək mümkün olmayıb. Bununla belə, millət vəkili hər üç müəssisədə yaşayan və təhsil alan uşaqların da daim dövlətin diqqətində olduğunu bildirib, onlara dəstəyini ifadə edib.

Qeyd edək ki, Azərbaycan istər beynəlxalq, istərsə də milli səviyyədə uşaq hüquqlarının müdafiəsinə töhfə verir. 2019-cu ildə Avropa Şurasının təşəbbüsü ilə reallaşan “Uşaqlara qarşı onlayn cinsi istismara və seksual zorakılığa son qoyulması”na dair layihəyə dəstək verən 10 pilot ölkədən biri də Azərbaycandır. Eyni zamanda Azərbaycan “Lanzarote Konvensiyası” kimi tanınan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını ratifikasiya edən 46-cı dövlətdir. Ölkəmiz Lanzarote Konvensiyasının milli formatda həyata keçirilməsini gücləndirmək məqsədilə müəyyən edilmiş tövsiyələri dəstəkləyir, səmərəli əməkdaşlığa töhfə verir.

Anar
Xəbəri paylaş