Newscenter.az.2.06.2020. Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006–2015-ci illər) icrası dövründə internat məktəblərin əksəriyyəti peşə liseyinə, ümumtəhsil məktəblərinə və gimnaziyalara transformasiya olunub.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.
Qeyd olubub ki, bəzi internat məktəblər ləğv edilib və dövlət uşaq müəssisələrinin sayı 53-dən 24-ə qədər azalıb.
Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq, internat məktəblərində həm təhsil alan, həm də yaşayan uşaqların bir qisminin bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılması nəticəsində bu müəssisələrdə yaşayan uşaqların sayı 2006-cı ildə 2441-dən 2019-cu ildə 862-yə qədər azalıb.