Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA sərnişinlərə tibbi maska paylayıb



Newscenter.az.2.06.2020.
Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi aksiya çərçivəsində könüllülər tərəfindən bu dəfə "Gənclik" metrostansiyası ətrafında yerləşən dayanacaqlarda və avtobuslarda vətəndaşlara koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair təlimat broşürləri və maskalar paylanılması, eləcə də sərnişinlərin maarifləndirilməsi həyata keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə Agentlikdən verilən məlumatda deyilir.

Bildirilir ki, aksiya qarşıdakı günlərdə də davam edəcək və "Nəqliyyat Könüllüləri" səhər və axşam pik saatlarında daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaqlar.
Xəbəri paylaş