Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər arasında esse müsabiqəsi keçiriləcək



Newscenter.az.2.06.2020. “Milli Məclisin Gənclər və İdman Komitəsi olaraq 15 iyun Azərbaycan Xalqının Milli Qurtuluş Günü ilə əlaqədar gənclər arasında “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsi elan edilməsini zəruri hesab edirik”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə millət vəkili Könül Nurullayeva çıxış edib. O, bildirib ki, müsabiqədə iştirak etmək istəyən gənclər (14-29 yaş) qeyd olunan mövzuda hazırladıqları yazıları Milli Məclisin Gənclər və İdman Komitəsinin [email protected] ünvanına göndərməlidirlər.

Yazılar müsabiqə komissiyası tərəfindən yoxlanılacaq. Bu səbəbdən də yazılar Azərbaycan (Rus, İngilis və digər) dilində və Times New Roman şrifti ilə 14 ölçüdə hazırlanmalı, yazının həcmi 5 – 7 vərəq arasında olmalı, eyni məzmunlu yazılardan istifadə edilməməlidir.

Yazılar münsiflər heyəti tərəfindən (Şahin İsmayılov, Etibar Əliyev, Jalə Əhmədova, Könül Nurullayeva və Şahin Seyidzadə) qiymətləndiriləcək və müsabiqənin qalibləri sonda sertifikatla mükafatlandırılacaq, yazıların çap olunması təmin ediləcəkdir.
Xəbəri paylaş