Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili: "Savaşın birinci mərhələsindən qalibiyyətlə çıxmağı bacardıq”



Newscenter.az.4.06.2020. “Dünyanı ağır imtahana çəkən koronavirus pandemiyası bütün dövlətlər kimi Azərbaycandan da yan keçmədi və dövlətimizin mübariz siyasi iradəsini ortaya qoyması sayəsində bu savaşın birinci mərhələsindən qalibiyyətlə çıxmağı bacardıq. Fürsətdən istifadə edərək sizə Operativ Qərargahın qaydalarına riayət edərək, sosial məsuliyyət nümayiş etdirdiyinizə görə dərin minnətdarlığımı bildirirəm. Bunun nəticəsidir ki, Bərdə rayonunda koronavirusun yayılması müşahidə olunmadı”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Fatma Yıldırım səsləndirib. O, bildirib ki, ölkəmizdə tətbiq olunan karantin rejimi səbəbindən seçicilərlə birbaşa görüşlər də mümkün olmayıb:

“Lakin bizə müraciət edən seçicilərimlə onlayn görüşlər təşkil olunub və hazırda da belə görüşlər davam etdirilir. Eyni zamanda, whatsap xəttimiz (0554208040) daim seçicilərə açıq olub. Bu çətin dövrdə bizə müraciət olunan hər bir məsələyə baxılıb, müvafiq təhlillər aparılıb və səlahiyyətlərimiz çərçivəsində müəyyən məsələlərin həllinə köməklik göstərilib”.

Anar
Xəbəri paylaş