Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Nəqliyyat Könüllüləri” proqramı yekunlaşdırılıb



Newscenter.az.4.06.2020. Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramına qəbul üzrə onlayn müsahibə mərhələsi başa çatıb. Müraciət edən 144 nəfər namizəddən 60-ı uğur qazanaraq könüllülük proqramına qəbul olunub.

Bu barədə Newscenter.az-a qurumdan bildirilib.

Məlumata görə, karantin rejimi şərtləri nəzərə alınmaqla yeni könüllülük proqramı tərtib olunacaq və seçilən könüllülər Agentliyin struktur bölmələrində eləcə də tabeli qurumlarında fəaliyyətlərə cəlb olunacaq. Buna qədər isə onlayn tanışlıq konfransı keçiriləcək.

Könüllülərin fəaliyyətləri ilə bağlı yenilik və dəyişikliklər “Nəqliyyat Könüllüləri”nin sosial şəbəkələrdəki rəsmi səhifələrində mütəmadi olaraq yayımlanacaq.

Xatırladaq ki, 2019-ci ildə keçirilən könüllülük proqramı çərçivəsində 60 nəfər iştirak edib. 35 nəfər məzun adını qazanıb, 8 nəfər isə Agentlikdə işlə təmin olunub.
Xəbəri paylaş