Newscenter.az.5.06.2020. Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Newscenter.az DGK-ya istinadən xəbər verir.
Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.
Gömrük baxışı zamanı, Türkiyə Respublikasından gələn "IVECO" markalı avtomobilin salonunda "Leader" markalı 1 800 ədəd, Gürcüstan Respublikasından gələn "DAF" markalı avtomobilin salonunda isə "Marlboro" markalı 9 800 ədəd siqaret aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Zaur