Newscenter.az.7.06.2020. Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.
Newscenter.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.
E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.
Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Mehman