Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentinin Ermənistana etirazı ölkəmizin mövqeyinin güclənməsi deməkdir



Newscenter.az.12.06.2020. “Avropa Parlamentinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinə üçüncü yol çəkməsinə qarşı etirazı ölkəmizin mövqeyinin güclənməsi deməkdir. Demək, beynəlxalq hüquq Azərbaycanı dəstəkləyir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Ermənistanın Qarabağ məsələsində əvvəlki illərdən fərqli olaraq mövqeyi kifayət qədər zəifləyib: “Qeyd edim ki, Ermənistan 2016-ci il aparel döyüşündən sonra prinsipcə işğal olunmuş ərazilərdə infarsturuktur layihələri və məskunlaşdırma siyasətindən çəkinməli idi. Çünki, Azərbaycanın qəfil hücumundan ehtiyat etməli idi. Amma, Aprel döyüşlərindən bir neçə aydan sonra, işğalçı ölkə Araz boyu ərazilərdə məskunlaşma və digər ərazilərdə qəsəbələr saldı. Yeni infrasturuktur layihələr reallaşdırdı. Hətta Suriyadan erməniləri gətirib burada yerləşdirdilər. Onlara evlər tikdilər. Ermənistanın arxayınlığı nədən qayanaqlanır. Əsas sual budur”.

Politoloq deyib ki, Ermənistan 2013-cü ilə qədər işğal olunmuş ərazilərdə məskunlaşdırma və infrasturukturun geniş şəkildə qurulmasından çəkinirdi:

“İndi isə, çox sərbəst şəkildə, hətta Aprel döyüşlərindən sonra açıq şəkildə Kəlbəcərdə, Laçında. Cəbrayılda, Zəngilanda yeni oteller, kəndlər salıb. Hətta Talış kəndində də yaşayışı yenidən bərpa edib. Ermənistana danışıqlar prosesində paralel olaraq hərbi təzyiqlər artırılmalı və yeni yaşayış məskənlərinin salınmasına imkan verilməməlidir. Ermənistan üçüncü yolu çəkirsə, demək onlar danışıqlar yolu ilə ətraf rayonların boşaldılamasında maraqlı deyil”.

Politoloqun sözlərinə görə, beynəlxalq hüquq və ordumuzun gücü imkan verir ki, genişmiqyaslı müharibə aparmadan Ermənistanın bu təxribatlarına güclü zərbələr endirib, lokal irəlləyişə nail olaq:

“Ermənistanın hazırkı siyasəti müharibə varinatını gündəmə gətirir. Azərbaycan Ermənistan ordusuna güclü zərbə endirsə, bu Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnəcək. Dövlət başçısı İlham Əliyevin Tərtərdə verdiyi mesajlar və ordunun gücləndirilməsi, yeni geosiyasi şəraitin yetişməsi fonunda müharibənin başlayacağına bir işarə idi”.

Mehman
Xəbəri paylaş