Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diasporla İş üzrə Dövlət Komitəsinin 2 əməkdaşında koronavirus aşkarlanıb



Newscenter.az.18.06.2020. Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxmaları ehtimal olunan əməkdaşları testdən keçirilib və Komitənin iki əməkdaşında virus aşkarlanıb.

Newscenter.az xəbər verir ki, onlar hazırda müalicə olunurlar və vəziyyətləri yaxşıdır.

Biuldirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsində qoruyucu tədbirlər davamlı olaraq həyata keçirilir, bütün qaydalara və təlimatlara ciddi əməl olunur. Komitənin inzibati binası mütəmadi olaraq dezinfeksiya edilir, hər gün işə gələn hər bir əməkdaşın bədən hərarəti ölçülür, sosial məsafə saxlanılır, xüsusi dezinfeksiyaedici maddələrdən və maskalardan istifadə olunur.

Orxan
Xəbəri paylaş